İmmunlaşdırma tədbirləri regionlarda geniş şəkildə davam etdirilir
Ana səhifə › Xəbərlər › İmmunlaşdırma tədbirləri regionlarda geniş şəkildə davam etdirilir
İmmunlaşdırma tədbirləri regionlarda geniş şəkildə davam etdirilir
04/27/2026 65 Views
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən “İmmunlaşdırma Həftəsi” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Bərdə rayonunun Ailə Sağlamlıq Mərkəzi və yaşayış məntəqələrində uşaqların vaksinasiyaya cəlb olunması ilə əlaqədar valideynlər ilə maarifləndirici söhbətlər aparılıb. Qazax rayonunda tibb işçiləri tərəfindən kənd və qəsəbələrdə yoluxucu xəstəliklərə qarşı qorunmanın əsas vasitələrindən biri kimi vaksinasiyanın vacibliyi vurğulanıb. Eyni zamanda Mingəçevir şəhərində tibb işçiləri tərəfindən immunizasiya ilə əlaqədar məlumatlılığın artırılması ilə yanaşı sağlamlığımızın qorunmasında peyvəndin üstünlükləri barədə məlumatlar verilib.