Lənkəran şəhərində təhsil və tibb işçilərinin iştirakı ilə seminar keçirilib

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri  tərəfindən Lənkəran şəhərində Lənkəran-Astara Regional Təhsil  İdarəsinin tabeliyində olan rayonların (Cəlilabad, Lerik, Astara, Masallı, Yardımlı rayonları) ümumtəhsil orta və məktəbəqədər təhsil  müəssisələrinin rəhbər, tibb işçiləri və pediatrların iştirakı ilə seminar keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının 10.11.1992-ci il tarixli 371 nömrəli “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna və digər hüquqi sənədlərə istinad edilərək uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, sağlamlığının qorunması, sanitariya-məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunması barədə təqdimat nümayiş olunub. Eyni zamanda aktiv həyat tərzi, fəal istirahət, uşaq və yeniyetmələr arasında tütünçəkmənin zərərləri barədə təbliğat işləri aparılıb.

Tədbir iştirakçılarına müxtəlif mövzularda təbliğat materialları təqdim edilib.