Naxçıvan MR-da İmmunlaşdırma tədbirlərinin gücləndirilməsinə dəstək məqsədilə təlimlər keçirilib
Ana səhifə › Xəbərlər › Naxçıvan MR-da İmmunlaşdırma tədbirlərinin gücləndirilməsinə dəstək məqsədilə təlimlər keçirilib
Naxçıvan MR-da İmmunlaşdırma tədbirlərinin gücləndirilməsinə dəstək məqsədilə təlimlər keçirilib
İyl 24, 2024 210 Views
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva 16-17 və 22-23 iyul 2024-cü il tarixlərində Naxçıvan MR-da immunlaşdırma tədbirlərinin gücləndirilməsinə dəstək məqsədilə UNİCEF tərəfindən təşkil olunan təlimlərdə iştirak edib. Təlimlər Naxçıvan şəhərində və Muxtar Respublikanın Ordubad rayonunda keçirilib.
Təlimlərə Babək və Culfa rayonlarının tibb işçiləri də cəlb olunublar.Təlimlər Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT- nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyi ilə birgə hazırlanmış və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 02.07.2024-cü il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların immunizasiyası üzrə təlimat” əsasında aparılıb. Təlimlər zamanı A.Əliyeva tərəfindən tibb işçilərinə yenilənmiş profilaktik peyvəndlər təqvimi, peyvəndləmə işinin təşkili, vaksinlərin effektivliyi və təhlükəsizliyi, peyvəndlərə olan tibbi əks-göstərişlər, peyvəndlərdən sonra yaranan yan təsirlər barədə ətraflı məlumat verilib.