“Peyvəndləmə barədə himayədarlar və pasiyentlərlə ünsiyyət” qiymətləndirmə tədqiqatının nəticələri təqdim olunub

24 noyabr 2025-ci il tarixində Bakıda keçirilən “Peyvəndləmə barədə himayədarlar və pasiyentlərlə ünsiyyət” adlı təlim modulunun qiymətləndirmə tədqiqatının nəticələrinə dair seminar keçirilib.

Seminarda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktor müavini S.Nəcəfova, İmmunoprofilaktika bölməsinin müdiri G.Azadəliyeva, TƏBİB əməkdaşları və təhsil işçiləri iştitak edib.

Tədbirdə Azərbaycan Tibb Universitetində peyvənd kommunikasiyası üzrə təlim modulunun tədris proqramına inteqrasiyası və nəticələri barədə təqdimat olunub.


Bildirilib ki, Azərbaycanda tibb işçiləri üçün Peyvənd Kommunikasiyası üzrə təlimlərin genişləndirilməsi nəzərdə tutulur.

 

 

Please select an image first to render the grid properly