Qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsinə nəzarətin təşkili

Səhiyyə Nazirliyinin 10 oktyabr 2022-ci il tarixli MİHO/1.3.-3.1-2022-368 nömrəli  “2022-2023-cü ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə”  əmrinə əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tabeliyində olan strukturlara məlumat göndərilərək qrip  və kəskin respirator xəstəliklərə qarşı profilaktik və əksepidemik tədbirlərin aparılmasına dair ümumtəhsil və məktəbəqədər, həmçinin səhiyyə müəssisələrinə metodik köməkliyin göstərilməsinin  təmin olunması barədə göstəriş verilib.

Şəkildə: Gəncə şəhər GEM, Yasamal rayon GEM və Nizami rayon GEM-lərinin  mütəxəssislərinin metodiki təlimatı.