Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları təlimdə iştirak ediblər
Ana səhifə › Xəbərlər › Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları təlimdə iştirak ediblər
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları təlimdə iştirak ediblər
Dek 15, 2022 546 Views
7 -13 dekabr tarixlərində ÜST-ün Avropa üzrə regional ofisinin texniki ekspertleri tərəfindən Təxirəsalınmaz tibbi yardım müəssisələrində xəstəxana daxili infeksiyaların rast gəlmə tezliyi və antimikrob dərman vasitələrindən istifadə haqqında təlim keçirilib.
Təlimdə Səhiyyə Nazirliyi, Təbib, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Respublika Gigiyena və Epidemiologiya Mərkəzini təmsil edən işçi heyyət iştirak edib.
Təlimin əsas məqsədi ölkə üzrə xəstəxanadaxili infeksiyalar və antibiotik istehlakına dair cari vəziyyətin dəyərləndirilməsi məqsədi ilə tədqiqat çalışmalarına başlanması olub.