RGEM-nin kollektivi II Şəhidlər xiyabanını ziyarət edib
Ana səhifə › Xəbərlər › RGEM-nin kollektivi II Şəhidlər xiyabanını ziyarət edib
RGEM-nin kollektivi II Şəhidlər xiyabanını ziyarət edib
Noy 7, 2024 111 Views
7 noyabr tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Böyük Qələbə Gününün 4-cü ildönümü ərəfəsində “8 Noyabr – Zəfər günü” və “9 Noyabr – Dövlət Bayraq günü” ilə əlaqədar II Şəhidlər xiyabanını ziyarət ediblər.
Mərkəzin kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin şəhid həkim və tibb işçilərinin əziz xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Vətən müharibəsində 44 tibb işçisi–həkim, feldşer və tibbi təlimatçı cəbhədə xidməti vəzifəsini yerinə yetirərək yaralı hərbi qulluqçulara təxirəsalınmaz tibbi yardım göstərərkən qəhrəmancasına şəhid olub.
Bu möhtəşəm zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyirik!