Səhiyyə Nazirliyi Respublika GEM-nin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Ana səhifə › Xəbərlər › Səhiyyə Nazirliyi Respublika GEM-nin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Səhiyyə Nazirliyi Respublika GEM-nin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
05/10/2026 133 Views
Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunur. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi 7 may tarixində Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Ömrünü xalqına və Azərbaycanın inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev öz siyasi müdrikliyi və uzaqgörənliyi ilə müasir Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarını yaradıb, zəngin idarəçilik məktəbi formalaşdırıb. Onun əsasını qoyduğu dövlətçilik prinsipləri Vətənə bağlılıq, xalqa xidmət və milli maraqların qorunmasına söykənir.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir və Azərbaycanın iqtisadi, siyasi və beynəlxalq nüfuzu baxımından dövlət statusunu möhkəmləndirmişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında göstərdiyi misilsiz xidmətlər ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, hüquqi və demokratik dövlət quruculuğunun formalaşmasında, eləcə də sosial-iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynamışdır. Onun uzaqgörən siyasəti və zəngin irsi bu gün də xalqımız tərəfindən yüksək dəyərləndirilir və əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır və yaşayacaq.