Sankt-Peterburq şəhərində elmi-praktiki konfrans keçirilib
Ana səhifə › Təlimlər › Sankt-Peterburq şəhərində elmi-praktiki konfrans keçirilib
Sankt-Peterburq şəhərində elmi-praktiki konfrans keçirilib
Dek 19, 2022 524 Views
Rusiyanın Rospotrebnadzor xidməti tərəfindən Sankt-Peterburq şəhərində 15-16 dekabr tarixlərində “Yeni koronavirus infeksiyası və digər yoluxucu xəstəliklərlə mübarizə” mövzusunda III Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransda Rusiyanın və xarici ölkələrin aparıcı alimləri, Müstəqil Dövlətlər Birliyinin nümayəndələri, Şanxay Əməkdaşlıq Təşkilatı, Şərqi Avropa, Mərkəzi və Cənub-Şərqi Asiya, Afrika və beynəlxalq təşkilatların, xüsusilə də ÜST-nin nümayəndələri iştirak ediblər.
Tədbirdə koronavirus infeksiyasının (COVID-19) epidemiologiya, virusologiya və immunologiyası, SARS- CoV2–yə qarşı postinfeksion və postvaksinal immunitetin yaranması, SARS-CoV2 əleyhinə vaksinlər, koronovirus infeksiyasının (COVID-19) immunoprofilaktikası və immunoterapiyası məsələləri ətraflı müzakirə olunub.
Konfransda ölkəmizi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun müavini A.Əliyeva və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin elmi işçisi A.Dadaşova təmsil ediblər.