“Su və sağlamlıq haqqında” Protokol üzrə Cenevrədə 14-cü görüş keçirilib
Ana səhifə › Xəbərlər › “Su və sağlamlıq haqqında” Protokol üzrə Cenevrədə 14-cü görüş keçirilib
“Su və sağlamlıq haqqında” Protokol üzrə Cenevrədə 14-cü görüş keçirilib
Apr 19, 2024 236 Views
16-17 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin AİK və ÜST-nin Avropa Regional ofisinin (ÜST/ Avropa) Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərinin mühafizə və istifadəsi üzrə Konvensiyasının “Su və sağlamlıq haqqında” Protokol üzrə işçi qrupunun 14-cü görüşü keçirilib. Görüşün əsas məqsədi Pan-Avropa regionunda su, gigiyena və sağlamlıqla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində irəliləyişə təşviq etməkdir. Görüşdə Azərbaycan nümayəndələri – “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri su ilə yayıla bilən xəstəliklərin qarşısının alınması və azaldılması, iqlim dəyişikliyinə davamlılığın artırılması istiqamətində respublikada görülən işlər barədə məlumat veriblər. Həmçinin 2024-cü ilin payızında Azərbaycanda keçiriləcək COP-29 Beynəlxalq Sammitinə hazırlıqla bağlı, o cümlədən iqlim dəyişikliyi nəticəsində baş verən daşqınların, toz burulğanlarının, meşə yanğınlarının proqnozlaşdırılması məsələlərinə toxunulub.