Ümumdünya Sağlamlıq Günü -7 aprel 2023-cü il tarixdə, Tibbi Ərazi İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Yeni Klinikada uşaq sağlamlığının qorunmasına həsr olunmuş geniş müşavirə keçirilib
Ana səhifə › Xəbərlər › Ümumdünya Sağlamlıq Günü -7 aprel 2023-cü il tarixdə, Tibbi Ərazi İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Yeni Klinikada uşaq sağlamlığının qorunmasına həsr olunmuş geniş müşavirə keçirilib
Ümumdünya Sağlamlıq Günü -7 aprel 2023-cü il tarixdə, Tibbi Ərazi İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Yeni Klinikada uşaq sağlamlığının qorunmasına həsr olunmuş geniş müşavirə keçirilib
04/12/2023 668 Views
Tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktor müavini A. Əliyeva iştirak etmişdir. O, “Respublika üzrə peyvəndləmə işlərinin təşkili və nəticələri (2018-2022-ci illər) mövzusunda məruzə edib, respublikanın şəhər və rayon tibb müəssisələrinin peyvənd işində olan nöqsanları qeyd edib və onların aradan qaldırılması istiqamətində görüləcək işlər barədə təkliflər verib.
Müşavirədə TƏBİB-in tabeliyində olan respublikanın şəhər və rayon tibb müəassisələrinin direktorları və TƏBİB-in struktur bölmə rəhbərləri iştirak ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinə 2021-ci ilin noyabr 30 da Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Azərbaycanda yoluxucu xəstəliklər barədə məlumat və onların YXEMS programına daxil olması, COVID-19 milli məlumat bazasına koronavirus infeksiyasına yoluxmuş xəstələrin daxil edilməsi, programdan istifadə qaydası və məlumatları sistemə necə daxil edilməsi barədə məlumat verildi.