ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb. Bu barədə ÜST-nin Avropa Regional Ofisi məlumat yayıb.
ÜST-nin Avropa Regional Ofisinin hesabatında deyilir: “Bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olub”.
Qeyd edək ki, Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılması ötən ilin oktyabrında səhiyyə naziri Teymur Musayevin Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.
Malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması ÜST tərəfindən ölkənin malyariyadan azad statusunun rəsmi tanınmasıdır. ÜST bu sertifikatı bütün malyariya parazitlərinin yerli ötürülmə zəncirinin ən azı son 3 ardıcıl il müddətində ölkə daxilində kəsilməsi və yoluxmanın qarşısını ala biləcək tam funksional nəzarət və cavab sisteminin mövcudluğuna dair sübutlar olduqda ölkəyə verir.

Please select an image first to render the grid properly