ÜST-nin nümayəndələri ilə Respublika GEM-də görüşlər keçirilib
Ana səhifə › Xəbərlər › ÜST-nin nümayəndələri ilə Respublika GEM-də görüşlər keçirilib
ÜST-nin nümayəndələri ilə Respublika GEM-də görüşlər keçirilib
İyl 7, 2023 493 Views
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə Azərbaycanda pandemiyaya cavab (APR) layihəsi davam etdirilir. Bu layihə çərçivəsində əhalinin sağlamlığının qorunmasına töhfə verən ictimai səhiyyə sisteminin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən tədbirlər keçirilir.
Azərbaycanda ictimai səhiyyə sisteminin gücləndirilməsi məqsədi ilə ÜST-nin nümayəndələri Respublika GEM-də, həmçinin Bakı şəhərinin Səbail və Sabunçu rayonları, respublikanın Gəncə şəhəri, Masallı və Astara rayon GEM-lərində səfərdə olublar.
Səfər çərçivəsində GEM-lərin rəhbərliyi və işçi heyəti ilə görüşlər keçirilib, GEM lərin quruluşu və fəaliyyəti ilə yaxından tanış olublar.