ÜST nümayəndələrinin Respublika GEM-də görüşü keçirilib
Ana səhifə › Xəbərlər › ÜST nümayəndələrinin Respublika GEM-də görüşü keçirilib
ÜST nümayəndələrinin Respublika GEM-də görüşü keçirilib
May 23, 2023 483 Views
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə 15 may tarixində Azərbaycanda İİV/QİÇS və Hepatit üzrə milli proqramlarının qiymətləndirmə missiyası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupu Respublika GEM-nin Laboratoriya Sınaq Mərkəzi və Epidemiologiya şöbəsinin viruslu hepatitlərlə əlaqədar gördüyü işlərlə tanış olublar.
Ekspert qrupu tərəfindən mövcud epidemioloji vəziyyət, infeksiyanın qarşısının alınması üzrə tədbirlər daxil olmaqla, proqramın hərtərəfli qiymətləndirilməsi aparılmış, əməkdaşlarla mövzu ilə bağlı ətraflı müzakirələr keçirilmiş, toplanan məlumatlar təhlil edilərək, İİV və hepatitlər üzrə proqramların təkmilləşdirilməsi ilə bağlı tövsiyələr veriblər.