ÜST-ün təşəbbüsü ilə Bakı şəhərində “Pasiyentlər və valideynlər üçün peyvəndlə bağlı ünsiyyət” mövzusunda kurs təşkil olunub
Ana səhifə › Xəbərlər › ÜST-ün təşəbbüsü ilə Bakı şəhərində “Pasiyentlər və valideynlər üçün peyvəndlə bağlı ünsiyyət” mövzusunda kurs təşkil olunub
ÜST-ün təşəbbüsü ilə Bakı şəhərində “Pasiyentlər və valideynlər üçün peyvəndlə bağlı ünsiyyət” mövzusunda kurs təşkil olunub
05/18/2026 65 Views
2026-cı ilin 13–14 may tarixlərində ÜST-ün təşəbbüsü ilə Bakı şəhərində “Pasiyentlər və valideynlər üçün peyvəndlə bağlı ünsiyyət” mövzusunda Təlimçilərin Təlimi (ToT) kursu təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri və müvafiq dövlət qurumlarının təmsilçiləri və mütəxəssisləri iştirak ediblər.
Təlimin məqsədi tibb işçilərinin vaksinasiyaya inamının gücləndirilməsi, peyvəndlərin fayda və riskləri barədə düzgün kommunikasiya bacarıqlarının artırılması, əhali arasında mövcud risk qavrayışlarının düzgün idarə olunması və peyvənd tərəddüdünün azaldılması olub.
Təlim çərçivəsində iştirakçılara vaksinə inamın formalaşdırılması, vaksinasiyadan sonra baş verən halların düzgün izahı, peyvəndlərin faydaları, mümkün risklər və əhali ilə effektiv ünsiyyət üsulları barədə məlumat verilib. Eyni zamanda müxtəlif kommunikasiya ssenariləri və praktik müzakirələr aparılıb.
Kursun sonunda iştirakçılar vaksinə inam və immunizasiya kommunikasiyası sahəsində bilik və bacarıqlara yiyələnərək, bu istiqamətdə təlimçi kimi fəaliyyət göstərmək üçün ixtisaslaşıblar.