Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri vəfat edib

Dərin hüzn hissi ilə bildiririk ki, uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyət göstərmiş, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Təşkilat və sosial gigiyena monitorinqi şöbəsinin müdiri Şəkuri Şervin Bexruzoviç vəfat etmişdir.

25 avqust 1957-ci ildə anadan olmuş mərhum 22 aprel 1987-ci ildən Respublika Gigiyena və Epidemiologiya Mərkəzində çalışmış, 01 noyabr 2019-cu ildən isə Təşkilat və sosial gigiyena monitorinqi şöbəsinin müdiri vəzifəsini icra etmişdir.

Uzun illər səhiyyə sahəsində göstərdiyi səmərəli fəaliyyətə və xidmətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MİOH/1.3-3.1-2022-165 nömrəli 14.07.2022-ci il tarixli  Əmrinə əsasən “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

O, peşəkarlığı, insanpərvərliyi və səhiyyə sahəsinin inkişafına verdiyi töhfələrlə hər zaman hörmətlə anılacaqdır.

 

Allah rəhmət eləsin.

Please select an image first to render the grid properly