Zaqatala rayonunda Respublika GEM-nin mütəxəssisləri tərəfindən seminar keçirilib

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmələrin gigiyenası bölməsinin mütəxəssisləri tərəfindən 2023-cü il 17 oktyabr tarixində Zaqatala rayonunda Heydər Əliyev Mərkəzində 85 nəfərdən ibarət  təhsil və tibb işçilərinin iştirakı ilə seminar-təlim keçirilib.

Seminarda profilaktik tədbirlərin təşkilinə və təlim-tədris müəssisələrində uşaqların sağlam həyat tərzinin formalaşdırılmasına nail olmaq üçün “Sağlam həyat tərzi”, “Fiziki aktivlik”, “Tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri”, “Gənclərin fövqəladə hallarda davranışı” mövzusunda söhbərlər aparılıb.

Seminarın sonunda Respublika GEM-nin Təşkilat və sosial gigiyena monitorinqi şöbəsi tərəfindən hazırlanmış təbliğat materialları – “Spirtli içkilər və alkoqolizm”, “Sağlam həyat tərzinin 7 bünövrəsi”, “Fiziki aktivlik”, “İqlim dəyişikliyi və sağlamlıq”, “Mövsümi qrip”, “Kəskin respirator virus infeksiyası”, “Məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına təsiri” bukletləri, “Tütünçəkmə sağlamlığın qatı düşmənidir” kitabçası seminar iştirakçılarına təqdim olunub.