(Ümumdünya Səhiyyə Təşkilatının 75 illik yubiliyinə həsr olunmuş məlumatı)
Ümumdünya Səhiyyə Təşkilatı 75 illik yubileyini -7 Aprel 2023-cü il Ümumdünya Sağlamlıq Günündə qeyd edəcək.
1948-ci ildə dünya ölkələrinin birgə təşəbbüsü ilə insanların sağlamlığının qayğısına qalmaq, dünyanı təhlükəsiz saxlamaq və əhalinin həssas qruplarına xidmət etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı təsis edildi.
ÜST-nin əsas məqsədi bütün insanların yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir.
ÜST-nin 75 illik fəaliyyəti son 70 il ərzində insanların həyat keyfiyyətini yaxşılaşdıran ictimai səhiyyə uğurlarına nəzər salmağa imkan yaradıb. Bu, həm də bu günün və sabahın sağlamlıq problemlərini həll etmək üçün bir fürsətdir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının “Hamı üçün Sağlamlıq” şüarına qoşulur və dəstəkləyir!
Please select an image first to render the grid properly