Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ÜST-nin ekspertləri ilə görüş keçirilib
Ana səhifə › Xəbərlər › Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ÜST-nin ekspertləri ilə görüş keçirilib
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ÜST-nin ekspertləri ilə görüş keçirilib
06/08/2026 16 Views
08.06.2026-cı il tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin iştirakı ilə mövsümi qrip və digər respirator virus infeksiyaları üzrə epidemioloji nəzarət sisteminin qiymətləndirilməsi və təkmilləşdirilməsi istiqamətində görüş keçirilib. Görüş çərçivəsində ölkədə qripə nəzarət, laborator diaqnostika, epidemioloji müşahidə və məlumat mübadiləsi mexanizmləri müzakirə olunmuş, mövcud vəziyyət və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Aparılan müzakirələr qrip və digər respirator infeksiyalara qarşı hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, eləcə də beynəlxalq təcrübənin tətbiqi baxımından əhəmiyyətli olub.