ÜST ekspertinin Azərbaycana səfəri çərçivəsində qripə nəzarət sahəsində əməkdaşlıq üzrə yekun müzakirə keçirilib
Ana səhifə › Xəbərlər › ÜST ekspertinin Azərbaycana səfəri çərçivəsində qripə nəzarət sahəsində əməkdaşlıq üzrə yekun müzakirə keçirilib
ÜST ekspertinin Azərbaycana səfəri çərçivəsində qripə nəzarət sahəsində əməkdaşlıq üzrə yekun müzakirə keçirilib
17/06/2026 6 Views
Tədbirdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və TƏBİB-in nümayəndələri iştirak ediblər.
Müzakirə zamanı ekspertlər səfər çərçivəsində həyata keçirilən qiymətləndirmələrin nəticələrini təqdim edərək ölkədə qrip və digər respirator virus infeksiyalarına epidemioloji nəzarət, laborator diaqnostika, məlumatların toplanması və təhlili, eləcə də müşahidə sistemlərinin fəaliyyəti ilə bağlı rəy və tövsiyələrini bölüşüblər.
Görüșdə mövcud nailiyyətlər, qarşıda duran çağırışlar və sistemin daha da təkmilləşdirilməsi istiqamətində atıla biləcək addımlar müzakirə olunub. Həmçinin qripə qarşı hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, beynəlxalq standartların tətbiqi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunulub.
Yekun müzakirə qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub. ÜST eksperti ölkədə qripə nəzarət sahəsində görülən işləri müsbət qiymətləndirərək bir sıra tövsiyələr irəli sürüb.