Əhalinin mərkəzləşdirilmiş qaydada içməli su ilə təchizatı üzərində dövlət sanitariya nəzarəti tədbirləri davam etdirilir

Cari ilin 31 avqust tarixində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Hacıqabul rayonunun Talış kəndində yerləşən Kür Su Təchizatı İdarəsinə məxsus içməli su istehsalı kompleksində monitorinq keçirilib.

Monitorinq zamanı içməli suyun keyfiyyət və təhlükəsizlik göstəricilərinin sanitariya və dövlət standartlarının tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə su nümunələri götürülərək laborator müayinələrə cəlb edilib.

Planlı şəkildə aparılan müayinələrin nəticələri əsasında içməli suyun göstəricilərinin qüvvədə olan standartların tələblərinə uyğunluğu qiymətləndirilir.

Dövlət sanitariya nəzarəti tədbirləri əhalinin keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin olunması, habelə su vasitəsilə yayıla bilən yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə mütəmadi olaraq aparılır.