Səbail rayonunda uşaq və yeniyetmələrin sağlamlığının qorunması mövzusunda seminar-müşavirə keçirilib
Ana səhifə › Xəbərlər › Səbail rayonunda uşaq və yeniyetmələrin sağlamlığının qorunması mövzusunda seminar-müşavirə keçirilib
Səbail rayonunda uşaq və yeniyetmələrin sağlamlığının qorunması mövzusunda seminar-müşavirə keçirilib
28/10/2026
27 oktyabr 2026-cı il tarixdə Səbail rayonu 49 nömrəli tam orta məktəbdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Səbail Rayon İcra Hakimiyyətinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə uşaq və yeniyetmələrin sağlamlığının qorunması, icbari dispanserizasiyanın əhəmiyyəti, zərərli vərdişlərin fəsadları və təhsil müəssisələrində sanitariya-gigiyena qaydalarına riayət olunması mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbirdə Respublika GEM-nin mütəxəssisləri müvafiq mövzular üzrə ətraflı məlumatlar təqdim etmiş, iştirakçılarla fikir mübadiləsi aparılmış və profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində müzakirələr keçirilmişdir.
Seminar zamanı sağlam həyat tərzinin təşviqinin, şəxsi gigiyena qaydalarına əməl olunmasının, düzgün qidalanma və fiziki aktivliyin uşaqların sağlam inkişafında mühüm rol oynadığı xüsusi vurğulanmışdır. Həmçinin valideynlərin, müəllimlərin və məktəb kollektivinin uşaqların sağlamlığının qorunması istiqamətində birgə fəaliyyətinin vacibliyi qeyd edilmişdir.
Tədbirin sonunda iştirakçılara maarifləndirici buklet və posterlər paylanılmışdır. Bukletlərdə sağlamlığın qorunması, xəstəliklərin profilaktikası və zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti ilə bağlı tövsiyələr öz əksini tapmışdır.