Türk Dünyası Parlamentarilər Fondunun nümayəndələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarının fəaliyyəti ilə tanış olublar
Ana səhifə › Xəbərlər › Türk Dünyası Parlamentarilər Fondunun nümayəndələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarının fəaliyyəti ilə tanış olublar
Türk Dünyası Parlamentarilər Fondunun nümayəndələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarının fəaliyyəti ilə tanış olublar
13/10/2026
Türk Dünyası Parlamentarilər Fondunun Elmi Şurasının nümayəndələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) olublar.
Səfər çərçivəsində nümayəndələr Mərkəzin Laboratoriya Sınaq Mərkəzinin fəaliyyəti, laboratoriyalarda tətbiq olunan müayinə üsulları, müasir avadanlıqlar və diaqnostik proseslərin təşkili ilə yaxından tanış olublar.
Nümayəndələrə Laboratoriya Sınaq Mərkəzinin sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji müayinələr üzrə laboratoriyalarının, eləcə də virusologiya, QİÇS, bakteriologiya və malyariyanın diaqnostikası üzrə referans laboratoriyalarının iş prinsipləri barədə ətraflı məlumat verilib. Laboratoriyalarda nümunələrin qəbulu, qeydiyyatı, müayinələrin aparılması, nəticələrin təhlili və müvafiq qaydada təqdim edilməsi prosesləri haqqında məlumatlar diqqətə çatdırılıb.
Görüş zamanı laboratoriyalarda istifadə olunan müasir texnoloji avadanlıqların imkanları, müxtəlif istiqamətlər üzrə həyata keçirilən müayinələrin xüsusiyyətləri, eləcə də laboratoriya diaqnostikasının əhalinin sağlamlığının qorunmasında və yoluxucu xəstəliklərə qarşı mübarizədə rolu müzakirə olunub. Xüsusilə, virusoloji və bakterioloji müayinələrin, malyariyanın diaqnostikasının, habelə epidemioloji nəzarət tədbirlərinin həyata keçirilməsində laboratoriyaların əhəmiyyəti vurğulanıb.
Görüş laboratoriya xidmətlərinin fəaliyyəti ilə əyani tanışlıq, səhiyyə və epidemioloji nəzarət sahələrində mövcud təcrübənin bölüşdürülməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi üçün əhəmiyyətli olub.