Ölkə Əlaqələndirmə Komitəsinin növbəti plenar iclası keçirilib
Ana səhifə › Xəbərlər › Ölkə Əlaqələndirmə Komitəsinin növbəti plenar iclası keçirilib
Ölkə Əlaqələndirmə Komitəsinin növbəti plenar iclası keçirilib
29/09/2026
Ölkə Əlaqələndirmə Komitəsinin (ÖƏK) növbəti plenar iclası keçirilib.
İclasda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu S.Nurullayeva ilə yanaşı, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ), Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) nümayəndələri iştirak ediblər.
Görüşün əsas mövzusunu cari ilin 5 oktyabr tarixində Azərbaycan Respublikası adından Qlobal Fonda təqdim olunması nəzərdə tutulan yeni layihə təklifinin müzakirəsi təşkil edib.
İclas çərçivəsində beynəlxalq konsultantların dəstəyi ilə hazırlanmış layihə sənədlərinin ilkin versiyası nəzərdən keçirilib, sənədlərin məzmunu ilə bağlı fikir və təkliflər dinlənilib.
Görüş zamanı layihə təklifinin yekunlaşdırılması, təsdiq olunması və Qlobal Fonda təqdim edilməsi ilə bağlı məsəslələr müzakirə edilib.