Quduzluğun profilaktikası və əhali arasında maarifləndirmənin gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib
Ana səhifə › Xəbərlər › Quduzluğun profilaktikası və əhali arasında maarifləndirmənin gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib
Quduzluğun profilaktikası və əhali arasında maarifləndirmənin gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib
01/10/2026
Ümumdünya Quduzluqla Mübarizə Günü ilə əlaqədar profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində şəhər və rayon GEM-lərinin nümayəndələrinin iştirakı ilə Zoom platforması vasitəsilə onlayn görüş keçirilib.
Görüş zamanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova çıxış edərək, hər il 28 sentyabrda qeyd olunan Ümumdünya Quduzluqla Mübarizə Günü ilə əlaqədar həyata keçirilən maarifləndirmə tədbirləri, eləcə də quduzluğun profilaktikası istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Ümumdünya Quduzluqla Mübarizə Gününün əsas məqsədi əhalinin quduzluq xəstəliyi barədə məlumatlılığının artırılması, profilaktik tədbirlərə diqqətin gücləndirilməsi və heyvan dişləmələri zamanı vaxtında tibbi yardıma müraciətin vacibliyinin təbliğ edilməsidir.
Görüşdə heyvan dişləməsi və digər zədələnmələr zamanı görülməli tədbirlər, zərərçəkən şəxslərin vaxtında tibb müəssisələrinə müraciət etmələri və zəruri hallarda antirabik vaksinasiyaya cəlb olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Aytəkin Qurbanova profilaktik tədbirlərin gücləndirilməsi, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi və heyvan dişləməsi hallarında zərərçəkən şəxslərin vaxtında tibbi yardıma yönləndirilməsinin təmin olunması ilə bağlı müvafiq tövsiyələr verib.
Eyni zamanda, mövzu ilə bağlı müzakirələr aparılaraq, iştirakçıların sualları cavablandırılıb və onların fikirləri dinlənilib.