Pirallahı rayonunda məktəblilər arasında tütünçəkmə və zərərli vərdişlərin profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Ana səhifə › Xəbərlər › Pirallahı rayonunda məktəblilər arasında tütünçəkmə və zərərli vərdişlərin profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Pirallahı rayonunda məktəblilər arasında tütünçəkmə və zərərli vərdişlərin profilaktikası ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
05/10/2026
Pirallahı Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində tütünçəkmə və zərərli vərdişlərin mənfi təsirlərinə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərin əsas məqsədi şagirdlərin tütünçəkmə və digər zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığının artırılması, sağlam həyat tərzinin əhəmiyyətinin diqqətə çatdırılması və yeniyetmələr arasında sağlam davranışların təşviq edilməsidir.
Maarifləndirmə tədbirləri 6 ümumtəhsil müəssisəsini və ümumilikdə 322 şagirdi əhatə edib.
Tədbirlər çərçivəsində şagirdlərə tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa təsirləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və sağlamlığın qorunması ilə bağlı müvafiq tövsiyələr təqdim olunub.