Bakı şəhərində prioritet zoonoz xəstəliklərin birgə risk qiymətləndirilməsinə həsr olunmuş seminar keçirilib
Ana səhifə › Xəbərlər › Bakı şəhərində prioritet zoonoz xəstəliklərin birgə risk qiymətləndirilməsinə həsr olunmuş seminar keçirilib
Bakı şəhərində prioritet zoonoz xəstəliklərin birgə risk qiymətləndirilməsinə həsr olunmuş seminar keçirilib
05/15/2026 119 Views
Ümumdünya SəhiyyəTəşkilatının təşəbbüsü ilə prioritet zoonoz xəstəliklərin birgə risk qiymətləndirilməsinə həsr olunmuş seminar təşkil olunub. Tədbirin məqsədi aidiyyəti üzrə müxtəlif dövlət qurumlarını, beynəlxalq təşkilatları və mütəxəssisləri bir araya gətirərək insan, heyvan və ətraf mühit sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsidir.Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, o cümlədən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemiologiya şöbəsinin müdiri A.İsmayılova, Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri A.Qurbanova və hava-damcı infeksiyalar bölməsinin müdiri R.Quliyeva, müvafiq dövlət qurumlarının təmsilçiləri və mütəxəssislər iştirak ediblər. Seminar çərçivəsində “One Health” (Vahid Sağlamlıq) yanaşmasının əhəmiyyəti xüsusi vurğulanıb. Bu yanaşma zoonoz xəstəliklərin və digər sağlamlıq təhdidlərinin vaxtında aşkarlanması, qiymətləndirilməsi və qarşısının alınması üçün çoxşaxəli və sektorlararası əməkdaşlığı təşviq edir.Seminar zamanı müvafiq dövlət qurumlarının mütəxəssisləri tərəfindən xəstəliklərin yayılma riskləri təhlil edilmiş və onların qarşısının alınması üçün operativ mexanizmlər müzakirə olunmuşdur. İştirakçılar xüsusi risk qiymətləndirmə alətlərindən istifadə edərək, ilkin qiymətləndirmələr aparıb, risklərin idarə olunması və kommunikasiya yollarını müzakirə ediblər.Yekunda birgə fəaliyyət planlarının hazırlanması üçün növbəti addımlar müəyyənləşdirilib.