İqlim dəyişmələrinin təsirlərinə  Milli Adaptasiya Planının hazırlanması üzrə seminar keçirilib

17 avqust 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və UNDP (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) tərəfindən  Azərbaycanda təşkil olunmuş Milli Adaptasiya Planının hazırlanması üzrə seminar keçirilib.

Seminarda bir sıra Nazirlik və  Dövlət komitələrinin, həmçinin Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Seminarda iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri, səviyyə dəyişmələrinin ölkəmizin sahil zonasında yaratdığı sosial-iqtisadi və ekoloji problemlər, iqlim dəyişmələri nəticəsində artmaqda olan təbii fəlakət törədə bilən təhlükəli hidrometeroloji hadisələrin təsnifatı və meyarları müzakirə edilib. Eyni zamanda, seminarda iqlim dəyişmələrinə adaptasiya məsələləri ilə əlaqəli hazırlanmaqda olan normativ-hüquqi akt layihələrinin təqdimatı, həmçinin təkmilləşdirilməsinə ehtiyac duyulan digər layihələrin müzakirəsi aparılıb. Bundan əlavə, öz təqdimat və çıxışları ilə Xəzəryanı ölkələrin nümayəndələri “Zoom” platforması vasitəsilə seminara qoşulublar.