Naxçıvan MR-da immunlaşdırma tədbirlərinin gücləndirilməsinə dair təlimlər davam etdirilib
Ana səhifə › Xəbərlər › Naxçıvan MR-da immunlaşdırma tədbirlərinin gücləndirilməsinə dair təlimlər davam etdirilib
Naxçıvan MR-da immunlaşdırma tədbirlərinin gücləndirilməsinə dair təlimlər davam etdirilib
Avq 1, 2024 279 Views
Naxçıvan MR-da immunlaşdırma tədbirlərinin gücləndirilməsinə dəstək məqsədilə UNİCEF tərəfindən təşkil olunan təlimlər 29-30 iyul 2024-cü il tarixlərdə davam etdirilib.
Təlimin keçirilməsində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini A.Əliyeva iştirak edib.
Muxtar Respublikanın Şərur rayonunda təşkil olunan təlimə Kəngərli və Sədərək rayonlarının tibb işçiləri də cəlb olunub. Təlim Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyi ilə birgə hazırlanmış “Uşaqların immunizasiyası üzrə təlimat” əsasında aparılıb.
Təlim zamanı tibb işçilərinə yenilənmiş profilaktik peyvəndlər təqvimi, peyvəndləmə işinin təşkili, profilaktik peyvəndlər təqvimindən kənaraçıxmaların və gecikmiş vaksinasiyanın idarə olunması, uşaqlarda peyvəndlərə qarşı əsas əks-göstərişlər və ehtiyat tədbirləri, peyvəndlərin yeridilmə yolları, soyuq zəncir sistemi, vaksinlərin effektivliyi və təhlükəsizliyi, peyvəndlərdən sonra yaranan yan təsirlər barədə ətraflı məlumat verilib.