Quba rayon GEM-də “Heydər Əliyev və Ordu Quruculuğu” adlı tədbir keçirilib

6 iyul 2023-cü il tarixdə Quba rayonu Gigiyena və Epidemiologiya Mərkəzində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı  ilə birgə 2023-cü ilin ölkəmizdə

“Heydər Əliyev İli” elan edilməsilə əlaqədar “Heydər Əliyev və Ordu Quruculuğu” adlı tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda və 44 günlük Vətən müharibəsində  həlak olan  şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş sözü ilə açan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tahir Nuriyev bildirdi ki, Azərbaycan ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan ordusu Ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.