Respublika GEM-nin əməkdaşları “Birgə fəaliyyət və daşınmanın qiymətləndirilməsi sahəsində əməkdaşlıq” seminarında iştirak ediblər

2023-cü il 9-12 oktyabr tarixlərində Bakıda Amerika Birləşmiş Ştatları Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının Radioloji Təhlükəsizlik bölməsi tərəfindən “Birgə fəaliyyət və daşınmanın qiymətləndirilməsi sahəsində əməkdaşlıq” mövzusunda seminar keçirilib.

Seminar daşınma zamanı təhlükəsizlik tədbirlərinin səmərəliliyini saxlamaq üçün tələb olunan əsas elementlərin təqdimatı, radioaktiv maddənin itirilməsinin mümkün nəticələrinə dair müzakirələr, radioaktiv maddələrin daşınması zamanı yaşanan hücumların video yazıları, mühafizə konfiqurasiyasını gücləndirə bilən yenilənmələrə dair müzakirələr, mövzuya xas tədqiqatlar və masaüstü tapşırıqlardan  ibarət  olub.

Keçirilən seminarda bir sıra dövlət qurumlarının əməkdaşları ilə yanaşı, Respublika Gigiyena və Epidemiologiya  Mərkəzinin  Radiasiya gigiyenası bölməsinin müdiri E.Yusufova və bölmənin  həkim-gigiyenisti  İ.Hüseynova da iştirak ediblər.