Qazax rayonunun sərhədyanı yaşayış ərazilərində radioloji monitorinq keçirilib
Ana səhifə › Xəbərlər › Qazax rayonunun sərhədyanı yaşayış ərazilərində radioloji monitorinq keçirilib
Qazax rayonunun sərhədyanı yaşayış ərazilərində radioloji monitorinq keçirilib
25/09/2026
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Radiasiya gigiyenası bölməsi tərəfindən illik Tədbirlər Planının icrası çərçivəsində Qazax rayonunun sərhədyanı kənd və qəsəbələrinin müvafiq yaşayış ərazilərində radioloji monitorinq tədbirləri həyata keçirilib.Monitorinq çərçivəsində ərazilərin radioloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə müvafiq laborator tədqiqat və instrumental ölçmə işləri aparılıb. Bu məqsədlə müəyyən edilmiş ərazilərdən laborator tədqiqatların aparılması üçün torpaq və su nümunələri götürülüb.
Eyni zamanda, ətraf ərazilərdə xarici qamma-şüalanmasının ekspozisiya doza gücü ölçülüb. Aparılmış ölçmə və tədqiqatlar ərazilərdə radiasiya fonunun müəyyənləşdirilməsi, radioloji göstəricilərin qiymətləndirilməsi və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi daşıyır.
Həyata keçirilən tədbirlər ərazilərdə radioloji monitorinqin davamlılığının təmin edilməsi və radiasiya təhlükəsizliyi baxımından müvafiq göstəricilərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsini təşkil edir və gələcəkdə davam etdiriləcəkdir.