Koronavirus (COVID-19) xəstəliyinə yoluxma hallarının yenidən artmasının qarşısını almaq məqsədi ilə Dövlət Sanitariya – Epidemioloji Xidmətinin əhaliyə müraciəti

Koronavirus (COVID-19) xəstəliyinə yoluxma hallarının yenidən artması ilə əlaqədar olaraq  özünüzün və ətrafınızdakı insanların sağlamlığını qorumaq üçün aşağıdakı qaydalara əməl edin:

  • Əllərinizi müntəzəm olaraq spirt əsaslı vasitələrlə silin və ya sabunla yuyun;
  • İctimai yerlərdə məsafəni gözləyin – insanlardan ən azı 1 metr məsafədə dayanın;
  • Əllərinizlə gözlərinizə, burun və ağzınıza toxunmayın;
  • Öskürək və asqırma zamanı ağzınızı və burnunuzu birdəfəlik salfetlə və ya dirsək büküşü ilə örtün, istifadədən sonra salfeti  zibil qutusuna atın və əllərinizi yuyun və ya dezinfeksiya edin;
  • İctimai və qapalı yerlərdə maska taxmağınız məsləhət görülür;
  • Qapalı yerləri mütəmadi olaraq havalandırın;
  • Buster doza ilə peyvənd olunmağınız vacibdir!

Özünüzü və ətrafınızdakıları COVID-19 infeksiyasından qoruyun!