Respublikada “İmmunlaşdırma həftəsi” çərçivəsində monitorinqlər davam etdirilir
Ana səhifə › Xəbərlər › Respublikada “İmmunlaşdırma həftəsi” çərçivəsində monitorinqlər davam etdirilir
Respublikada “İmmunlaşdırma həftəsi” çərçivəsində monitorinqlər davam etdirilir
May 3, 2024 365 Views
“İmmunlaşdırma həftəsi” çərçivəsində 1-3 may tarixlərində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin mütəxəssisləri respublikanın Tovuz rayonunda monitorinq keçiriblər.
Monitorinq zamanı mütəxəssislər rayonun Ailə Sağlamlıq Mərkəzi, Dondar Quşçu, Aşağı Quşçu və Azaflı kənd tibb məntəqələrində olub, müəssisələrdə immunlaşdırma işlərinin vəziyyəti ilə tanış olub, kənd əhalisi ilə görüşlər keçirib, immunlaşdırmaya dair maarifləndirmə işi aparıblar.
Monitorinqin nəticələri Tovuz rayon Mərkəzi xəstəxanasının (MRX) rəhbərliyi ilə müzakirə edilib.