1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalı şəhərini işğal edərək burada yaşayan dinc əhaliyə-azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından 32 il ötür. Soyqırım zamanı 613 nəfərdən 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca olmaqla dinc əhali qətlə yetirilib. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir. 19-20 sentyabr 2023-cü ildə Xocalı şəhəri Azərbaycan ordusunun Qarabağda keçirdiyi Lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənmişdir. Qalib xalq kimi tariximizin qan yaddaşı olan Xocalı faciəsinin qurbanlarını dərin hüzn və ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirk.
Please select an image first to render the grid properly