Ümumdünya Ətraf Mühit Günü hər il iyunun 5-də qeyd olunur. Ümumdünya Ətraf Mühit Günü dünyanın diqqətini bugünkü aktual ekoloji problemlərə cəlb edir. Ümumdünya Ətraf Mühit Günü 1972-ci ildə elan edilib və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən keçirilir. 2024-cü ildə Ümumdünya Ətraf Mühit Günü torpaqların bərpasına, səhralaşmaya və quraqlığa qarşı mübarizəyə həsr olunub. Hər bir insanın təmiz, sağlam və davamlı ətraf mühit hüququ vardır. Ekoloji böhran – iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi – planeti və onun mövcudluğunu təhdid edir. İqlim dəyişikliyi mövcud təhlükələri pisləşdirir. Belə ciddi təhlükələr qarşısında su və sanitariya xidmətləri cəmiyyətin və insanların təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsində əsas rol oynayır. Su – əhalinin bütün təbəqələrinin mənafeyinə uyğun olaraq iqtisadi artımın ən mühim göstəricisidir. Təhlükəsiz içməli su və sanitariya ilə bağlı insan hüquqlarının həyata keçirilməsi, iqlim dəyişikliyinə davamlılığın artırılması, eyni zamanda sağlamlığın, ətraf mühitin və su ehtiyatlarının qorunması üçün tədbirlərin həyata keçirilməsi daha davamlı dünya yaratmaq üçün əsasdır. Havanın keyfiyyətinin yaxşılaşdırılması, yaşıllıqların sahəsinin artırılması, eləcə də çirklənmənin azaldılması və biomüxtəlifliyin qorunmasına yönəlmiş fəaliyyətlərin inkişaf etdirilməsi yolu ilə ətraf mühitin vəziyyətinin qorunması və yaxşılaşdırılması hər bir kəsin vəzifəsidir. Bu gün Ümumdünya Ətraf Mühit Gününü qeyd edərkən vurğulamaq lazımdır ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmçinin, bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP-29 Azərbaycanda keçiriləcək.
Please select an image first to render the grid properly