Gömrük sərhəd-buraxılış məntəqələrində bir sıra yoluxucu xəstəliklərə dair maarifləndirmə təlimləri keçirilmişdir
Ana səhifə › Xəbərlər › Gömrük sərhəd-buraxılış məntəqələrində bir sıra yoluxucu xəstəliklərə dair maarifləndirmə təlimləri keçirilmişdir
Gömrük sərhəd-buraxılış məntəqələrində bir sıra yoluxucu xəstəliklərə dair maarifləndirmə təlimləri keçirilmişdir
Avq 10, 2022 515 Views
Yoluxucu xəstəliklərin xarici ölkələrdən respublika ərazisinə gətirilməsinin qarşısını almaq üçün onların vaxtında aşkar edilib aidiyyəti tədbirlərin görülməsi vacib məsələlərdən biridir.
Bunun üçün dövlət sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən gömrük və sərhəd xidməti əməkdaşlarının bir sıra yoluxucu xəstəliklərə görə vaxtaşırı maarifləndirilməsi məqsədə uyğundur.
Bu məqsədlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qurumu olan “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ-nin əməkdaşları Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsi Sanitariya-Karantin Xidmətinin əməkdaşları ilə birlikdə 18.07.2022-ci il tarixdən 31.07.2022-ci il tarixə qədər olan müddətdə ayrı-ayrılıqda hər bir sərhəd-keçid məntəqəsində (“Qırmızı körpü” GSBM, “Mazımqara” GSBM, “Samur” GSBM, “Xanoba” GSBM, “Astara” GSBM, Biləsuvar”GSBM, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Heydər Əliyev Beynəlxalq Hava Limanı) bir sıra yoluxucu xəstəliklərin (Vəba, Taun, Sarı qızdırma, Ebola, Meymunçiçəyi, COVİD-19) klinik əlamətləri, yoluxma yolları, qorunma yolları və profilaktik eksepidemik tədbirlər barədə geniş həcmdə maarifləndirmə təlimləri həyata keçirildi.
Dövlət sərhəd-buraxılış məntəqələrində həyata keçirilən bu təlimlərdə GSBM-lərdə fəaliyyət göstərən bütün xidmət və nəzarət orqanlarının əməkdaşları iştirak etmişdir. Yoluxucu xəstəliklərə dair verilən suallar əməkdaşlarımız tərəfindən ətraflı cavablandırılmışdır.