Ağstafa rayonunda Respublika GEM-nin mütəxəssisləri seminar keçiriblər

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin UYYGB-nin mütəxəssisləri tərəfindən uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsinə yönəldilmiş tibbi sanitariya xidmətinin təşkili, uşaq və yeniyetmələr arasında su ilə bağlı gigiyenik biliklərin artırılması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği, narkomaniya, spirtli  içkilərin və tütünçəkmənin zərərlərinə dair maarifləndirmə işinin təşkili məqsədi ilə geniş tədbirlərin həyata  keçirilməsi planlaşdırılıb.

Bu məqsədlə 20 sentyabr 2023-cü il tarixdə Ağstafa rayonu S.Şükürova adına 3 saylı tam orta məktəbin akt zalında 90 nəfərdən ibarət təhsil və tibb işçilərinin iştirakı ilə seminar-təlim keçirilib.

Seminarda profilaktik tədbirlərin təşkilinə və təlim-tədris müəssisələrində uşaqların sağlam həyat tərzinin formalaşdırılmasına nail olmaq üçün “Sağlam həyat tərzi”, “Fiziki aktivlik”, “Tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri”, “Gənclərin fövqəladə hallarda davranışı” mövzusunda söhbərlər aparılıb və seminar iştirakçılarına təbliğat materialları təqdim olunub.