Respublika GEM-də vaksinoprofilaktika üzrə təlim kursu keçirilib
Ana səhifə › Xəbərlər › Respublika GEM-də vaksinoprofilaktika üzrə təlim kursu keçirilib
Respublika GEM-də vaksinoprofilaktika üzrə təlim kursu keçirilib
02/11/2026
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində “Azərbaycanda vaksinoprofilaktika, vaksinasiya texnikası, soyuq zəncir sistemi və təhlükəsizlik qaydaları” mövzusunda təlim kursu keçirilib.
Müasir səhiyyə standartlarına uyğun təşkil edilən təlim proqramının əsas məqsədi peyvəndlərin keyfiyyətinin qorunması, vaksinlərin saxlanılması və daşınması zamanı soyuq zəncir tələblərinə riayət olunması, eləcə də immunizasiya prosesinin təhlükəsizliyinin təmin edilməsidir.
Təlim kursunu uğurla başa vuran iştirakçılara vaksinator fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikatlar təqdim olunub.
Əhalinin sağlamlığının qorunması, immunizasiya tədbirlərinin effektivliyinin artırılması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu istiqamətdə ixtisasartırma təlimlərinin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.