Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Xızı, Tovuz, Abşeron, Beyləqan, Hacıqabul, Lənkəran, Qusar və Göyçay rayon GEM-lərində tədbirlər keçirilib.

Tədbirlərdə “Ümummilli liderin səhiyyəmizin inkişafında mövqeyi”, “Heydər Əliyev və milli – mənəvi dəyərlər” və “Ulu öndər Heydər Əliyev və uğurlu Neft strategiyası” adlı mövzularda söhbətlər aparılıb.

Tədbirlər çərçivəsində rayon GEM-lərinin nümayəndələri “Heydər Əliyev Mərkəz” – lərini ziyarət edərək orada H.Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən foto sərgi ilə tanış olublar. Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.